Açıq Cəmiyyət Üçün Həmrəyliyə Dəstək
Hörmətli bloqun oxucuları və Azərbaycandakı acınacaqlı həyatlarından narazı olanlar.
Siz başqa xalqlar kimi azad, rahat,maddi çətinliksiz və övladlarınızın gələcəyinə inam hissi ilə yaşamaq istəyirsinizsə mənə həm mənəvi həm də maddi yardım göstərməlisiniz. Əllbəttə söhbət mənə inananlardan gedir.
Özünüz fikirləşin. Milyardları olan hökümət hər ölkədə rejimini dəstəkləmək üçün milyonlar xərcləyir. Tək Vaşinqtonda lobiçilərə və başqa dəstəkləyənlərə xərclənən pulların miqdarı 10 milyonlarladır. 1000-lərlə adamlar səfirliklərdə və diaspora ,ölkələr arasında dostluq əlaqələri və sair təşkilatlar adı altında hökümətdən maaş alır və onun xalqın əleyhinə siyasətini təbliğ edir.
Biz xalqa olan bu total hücumun qarşısını almaq üçün Vaşinqtonda, Avropada, Türkiyə, Rusiyada və başqa ölkələrdə heç olmazsa 10 ağıllı adamın köməyi ilə bu total hücumu kompensasiya etməliyik.
İnternet qəzet,internet TV və başqa vasitələrlə həqiqətləri xalqa çatdırmalıyıq. Onları öz azadlığı uğrunda mübarizəyə qaldırmalıyıq.
Azərbaycanda gedəcək proseslərdə hökümət tərəfindən represiyaya məruz qalmışların ailələrinə kömək etmək də əsas məsələlərdər biridir.
Əgər maddi kömək olmasaydı əlbəttə Berlində o konfransı keçirmək olmazdı. Bir daha bu işi görməyə köməklik etmiş insanlara təşəkkürümü bildirirəm.
Hörmətli Azərbaycan vətəndaşları, əgər bundan sonra qorxusuz, hürküsüz, qanunların işlədiyi bir ölkədə yaşamaq istəyirsinizsə bu səhifəyə qoyulmuş hesaba imkanınız daxilində pul keçirin. Bir dollar keçirənlərdə sağ olsunlar. Bu iş bizim hamımızın işidir. Qorxmayın, konfidensiallığa maksimum əməl ediləcək. Ellilikcə Azərbaycanın gələcəyi uğrunda mübarizəyə qoşulun.